İDMAN


UEFA NÜMAYƏNDƏSİ AFFA RƏHBƏRLİYİ İLƏ GÖRÜŞMÜŞDÜR

Sentyabrın 8-dən 16-dək Bakıda futzal üzrə UEFA Kuboku turnirinin qrup oyunları keçiriləcəkdir.

AZƏRTAC xəbər verir ki, mötəbər yarışa hazırlığın səviyyəsi ilə tanış olmaq üçün UEFA-nın futzal üzrə komitəsinin meneceri Loren Morel avqustun 9-da AFFA-da qurumun rəhbərliyi ilə görüşmüşdür.

AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan Futzal Federasiyasının prezidenti Ağarza Rzayev və UEFA Kuboku turnirində ölkəmizi təmsil edən “Araz” klubunun prezidenti Zaur Axundovun iştirakı ilə keçən görüşdə L.Morel Bakıda təşkil olunacaq mötəbər yarışa hazırlığın gedişindən razı qaldığını bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.