İDMAN
UEFA NÜMAYƏNDƏSİ BAKIDA GƏNC FUTBOL MƏŞQÇİLƏRİMİZİN BİLİK SƏVİYYƏSİNİ YOXLAYACAQDIR
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının mütəxəssisləri UEFA-nın nümayəndəsi, çexiyalı Zdenek Sivekin rəhbərliyi ilə aprelin 10-12-də “Şəfa” stadionunda gənc futbol məşqçiləri üçün imtahan keçirəcəklər.
İmtahanda bu il yanvarın 7-20-də UEFA-nın təyinatına uyğun olaraq, Bakıda keçirilmiş “B” kateqoriyalı kurslarda iştirak etmiş 25 məşqçinin bilik səviyyəsi yoxlanılacaqdır. Kurslardan sonra məşqçilərə 3 ay müddətində müəyyən proqram əsasında imtahana hazırlaşmaq imkanı verilmişdi.
Ölkəmizdə artıq ikinci ildir təşkil olunan bu kurslarda gənc məşqçilərimiz oyunçuların yetişdirilməsi üçün müəyyən nəzəri və təcrübi biliklərə yiyələnir və UEFA tərəfindən verilən “B” kateqoriyalı sertifikatla Avropa miqyaslı uşaq futbol klublarında məşqçilik etmək hüququ qazanırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]
“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik
- 23.04.2024 [11:20]
Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram
- 23.04.2024 [11:01]
Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq
- 23.04.2024 [10:12]
Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir
- 23.04.2024 [01:08]
“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub
- 22.04.2024 [23:01]