İDMAN


UEFA: “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda İsrailin “Aşdod” klubunu qəbul edəcək

Bakı, 22 iyul, AZƏRTAC

Ağdamın “Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda İsrailin “Aşdod” klubunu qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matçın baş hakimi ukraynalı Sergey Boyko olacaq. Oyun azarkeşlərin iştirakı ilə oynanılacaq. Görüşə 7 mindən çox bilet satılıb. Matça arenanın ümumi tutumunun 50 faizi qədər - 15 min bilet ayrılıb.

Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.