İDMAN


UEFA “Qarabağ” ilə oyunla əlaqədar “Arsenal”ı cəzalandırıb

Bakı, 9 mart, AZƏRTAC

UEFA-nın İntizam Komitəsi İngiltərənin “Arsenal” futbol klubunu cəzalandırıb.

AZƏRTAC xəbər verir ki, buna UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Londonda keçirilən “Arsenal” – “Qarabağ” görüşündə əlində qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağı olan azarkeşin meydana çıxması və görüşün gec başlaması səbəb olub. İngiltərə təmsilçisi 15 min avro məbləğində cərimə ödəyəcək.

Xatırladaq ki, həmin görüşdə London klubu 1:0 hesabı ilə qalib gəlmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.