İDMAN


UEFA “Qarabağ”ın kapitanı Maksim Medvedevlə bağlı paylaşım edib

Bakı, 29 sentyabr, AZƏRTAC

UEFA Azərbaycan millisinin üzvü və “Qarabağ”ın kapitanı Maksim Medvedevlə bağlı tviter hesabında paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Avropanın ali futbol qurumu yarımmüdafiəçini 33 yaşının tamam olması münasibətilə təbrik edib.

Paylaşımda vurğulanıb ki, təcrübəli oyunçu peşəkar karyerası ərzində yalnız kapitanı olduğu Ağdam təmsilçisinin formasını geyinib.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən “Qarabağ”ın şərəfini qoruyur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.