İDMAN


UEFA “Qarabağ”ın rəqibi olan “Olimpiakos”u cəzalandırıb

Bakı, 29 sentyabr, AZƏRTAC

Avropa Liqasının qrup mərhələsində Ağdamın “Qarabağ” klubunun rəqibi olan Yunanıstanın “Olimpiakos” komandası UEFA tərəfindən cəzalandırılıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb Yunanıstan klubunun azarkeşlərinin 2-ci turda “Frayburq”la ev oyununda pirotexniki vasitələrdən istifadə etməsidir.

Komandanın növbəti turda “Qarabağ”la qarşılaşmada azarkeş məhdudiyyəti olacaq. Stadionun şimal tribunası qismən bağlanacaq. Həmçinin Pirey təmsilçisi 50 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, “Olimpiakos”–“Qarabağ” oyunu oktyabrın 6-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.