İDMAN


UEFA Super kubokunun rəsmi topu üzərində uşaqların çəkdiyi rəsmlər yer alıb

Bakı, 23 sentyabr, AZƏRTAC

UEFA futbol üzrə Super kubokun rəsmi topunu ictimaiyyətə təqdim edib. Super kubok oyununda Almaniyanın “Bavariya” və İspaniyanın "Sevilya" komandaları qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, topun dizaynının hazırlanmasında Avropanın 9 ölkəsi - Çexiya, Almaniya, Macarıstan, Litva, Niderland, Portuqaliya, Sloveniya, İspaniya və İsveçrədən 18 uşaq iştirak edib. Uşaqlara futbolun onlar üçün hansı anlam kəsb etməsi ilə bağlı şəkil çəkmək tapşırılıb. Həmin şəkillər UEFA Super kubokunun rəsmi topunun üzərində həkk olunub.

“Bavariya” – “Sevilya” oyunu sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da təşkil olunacaq. “Bavariya” Çempionlar Liqasının ötən mövsümünün, “Sevilya” isə Avropa Liqasının qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.