İDMAN


UEFA ilin komandasına namizədlərin siyahısını açıqlayıb

Bakı, 1 dekabr, AZƏRTAC

UEFA 2019-cu ilin rəmzi komandasını müəyyənləşdirmək üçün səsverməyə start verib.

AZƏRTAC xəbər verir ki, namizədlər siyahısında 50 oyunçunun adı yer alıb.

Siyahıya qapıçılar - Alisson Bekker (Braziliya, "Liverpul" - İngiltərə), Antoni Lopes (Portuqaliya, "Lion" - Fransa), Keylor Navas (Kosta Rika, PSJ - Fransa), Manuel Noyer (Almaniya, "Bavariya"), Yan Oblak (Sloveniya, "Atletiko" - İspaniya), müdafiəçilər - David Alaba (Avstriya, "Bavariya" - Almaniya), Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə), Anxelinyo (İspaniya, "Leyptsiq" - Almaniya), Xuan Bernat (İspaniya, PSJ - Fransa), Alfonso Deyvis (Kanada, "Bavariya" - Almaniya), Matteys De Liqt (Niderland, "Yuventus" - İtaliya), Stefan De Vrey (Niderland, "İnter" - İtaliya), Hans Hatebur (Niderland, "Atalanta" - İtaliya), Coşua Kimmix ("Bavariya", Almaniya), Presnel Kimpembe (PSJ, Fransa), Serxio Ramos ("Real Madrid", İspaniya), Endi Robertson (Şotlandiya, "Liverpul" - İngiltərə), Tiaqo Silva (Braziliya, "Çelsi" - İngiltərə), Dayot Upamekano (Fransa, "Leyptsiq" - Almaniya), Vircil van Dayk (Niderland, "Liverpul" - İngiltərə), yarımmüdafiəçilər - Tiaqo Alkantara (İspaniya, "Liverpul" - İngiltərə), Ussem Auar ("Lion", Fransa), Ever Baneqa (Argentina, "Sevilya" - İspaniya, hazırda "Əl-Şabab" Səudiyyə Ərəbistanı), Nikolo Barella ("İnter", İtaliya), Kinqsli Koman (Fransa, "Bavariya" - Almaniya), Kevin De Bruyne (Belçika, "Mançester Siti" - İngiltərə), Brunu Fernandeş (Portuqaliya, "Mançester Yunayted" - İngiltərə), Alexandro Qomez ("Atalanta", İtaliya), Leon Qoretska ("Bavariya", Almaniya), Kay Haverts (Almaniya, "Çelsi" - İngiltərə), Cordan Henderson ("Liverpul", İngiltərə), Yosip İliçiç (Sloveniya, "Atalanta" - İtaliya), Markinyos (Braziliya, PSJ - Fransa), Tomas Müller ("Bavariya", Almaniya), Marsel Sabitser ("Zaltsburq, Avstriya), hücumçular - Erlinq Holann (Norveç, "Borussiya" Dortmund - Almaniya), Anxel Di Maria (Argentina, PSJ - Fransa), Joau Feliş (Portuqaliya, "Atletiko" - İspaniya), Serj Qnabri ("Bavariya", Almaniya), Çiro İmmobile ("Latsio", İtaliya), Harri Keyn ("Tottenhem", İngiltərə), Robert Levandovski (Polşa, "Bavariya" - Almaniya), Romelu Lukaku (Belçika, "İnter" - İtaliya), Sadio Mane (Seneqal, "Liverpul" - İngiltərə), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi (Argentina, "Barselona" - İspaniya), Neymar (Braziliya, PSJ - Fransa), Kriştianu Ronaldu (Portuqaliya, "Yuventus" - İtaliya), Məhəmməd Salah (Misir, "Liverpul" - İngiltərə) və Rahim Sterlinqin ("Mançester Siti", İngiltərə) adı daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.