İDMAN


UEFA maliyyə feyr-pleyi qaydalarını sərtləşdirə bilər

Bakı, 10 yanvar, AZƏRTAC

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) yaxın vaxtlarda maliyyə feyr-pleyi qaydalarını sərtləşdirə bilər.

AZƏRTAC “Bild” portalına istinadla xəbər verir ki, hazırda UEFA Avropa klublarının maksimum 3 il müddətində futbolçu transferi üçün lazım olan məbləği ödəməsi qaydalarını hazırlamaq istəyir.

Xatırladaq ki, fransız “PSJ” klubu 2017-ci ildə braziliyalı hücumçu Neymarın transferi üçün İspaniyanın “Barselona” klubuna ödəyəcəyi 222 milyon avronu maliyyə sənədlərində beş hissəyə bölüb. Beləliklə, UEFA hər il Kataloniya klubunun hesabına 44,4 milyon avro köçürülməsini hesaba alır.

Yeni qaydalara görə, gələcəkdə klublar transfer üzrə ödənişləri ən çox 3 ilə bölə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.