İDMAN


UEFA-nın maliyyə vəsaiti "Neftçi" və "Qarabağ" klublarının hesabına köçürülüb

Bakı, 17 sentyabr, AZƏRTAC

“Neftçi” və “Qarabağ”a cari mövsüm avrokuboklarda iştirakları qarşılığında UEFA-dan maliyyə vəsaiti ayrılıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, vəsait milli assosiasiyanın vasitəçiliyi ilə hər iki klubun hesabına köçürülüb.

“Neftçi” UEFA Çempionlar Liqasındakı çıxışına görə 1 milyon 210 min avro, “Qarabağ” isə Konfrans Liqasındakı oyunlarına görə 3 milyon avro qazanıb. Ağdam təmsilçisi, həmçinin əmsallar cədvəlinə görə, 934 min 500 avro da əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.