İDMAN


UEFA-nın yeni reytinq siyahısı açıqlanıb

Bakı, 5 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Avropa Liqasının qrup mərhələsinin II turunun oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan siyahıda bir pillə geriləyərək 18,500 xalla 27-ci mövqeyə enib. Əvəzində eyni xala malik Qazaxıstan 26-cı pilləyə yüksəlib.

Dəyişikliyə “Qarabağ”ın İngiltərənin “Arsenal” klubuna 0:3 hesablı məğlubiyyəti və “Astana”nın Fransanın “Renn” klubunu 2:0 hesabı ilə qalib gəlməsi səbəb olub.

Qeyd edək ki, siyahıya 89,712 xalla İspaniya başçılıq edir. İngiltərə 67,748 xalla ikinci, İtaliya 67,725 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə isə 32,200 xalla 10-cu yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.