İDMAN


UEFA nümayəndələrinin televiziya yayımı ilə bağlı Bakıya səfəri başlayıb

Bakı, 23 aprel, AZƏRTAC

Avropa Liqası turnirinin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya televiziya yayımı ilə bağlı işgüzar səfəri başlayıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, aprelin 24-dək davam edəcək səfər proqramında UEFA TV və yayım hüququna sahib televiziya kanallarının 40-a yaxın rəsmi nümayəndəsi kamera platformaları, VAR sisteminin yerləşdirilməsi və quraşdırılması, TV və media tribunasının, eləcə də daxili və üst studiyaların son vəziyyəti ilə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.