İDMAN


UEFA nümayəndəsi: Bu il Bakıda növbəti futbol bayramı yaşanacaq

Bakı, 28 yanvar, AZƏRTAC

Bakı gözəl şəhərdir. Ötən il bu gözəl şəhərdə UEFA Avropa Liqasının final oyunu yüksək səviyyədə təşkil olundu. 2020-ci ildə Bakıda növbəti futbol bayramı yaşanacaq. Əsrarəngiz paytaxtınız “Avro-2020”nin dörd oyununa ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA-nın milli assosiasiyaların inkişafı departamentinin rəisi Terri Favre AFFA-nın yanvarın 28-də təşkil olunan konfransındakı çıxışında deyib.

UEFA-nın nümayəndəsi yerli azarkeşlərin Avropa çempionatının Bakıda keçiriləcək oyunlarından əsasən Türkiyə millisinin görüşlərinə daha böyük maraq göstərəcəklərini vurğulayıb. Ölkəmizdə futbolun kütləviliyinin artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirən qonaq AFFA-ya fəaliyyətində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.