İDMAN


UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb

Bakı, 15 avqust, AZƏRTAC

UEFA 2018/2019-cu illər mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

AZƏRTAC xəbər verir ki, mövsümün ən yaxşı kişi oyunçusu adına argentinalı Lionel Messi (“Barselona”, İspaniya), hollandiyalı Virjil van Deyk (“Liverpul”, İngiltərə) və portuqaliyalı Kriştianu Ronaldo (“Yuventus”, İtaliya) iddialıdır.

Mövsümün ən yaxşı qadın futbolçusu adına isə Fransanın “Lion” komandasının üzvləri - fransalı Amandi Anri, ingiltərəli Lüsi Bronz və norveçli Ada Hegerberq namizəd göstəriliblər.

Qeyd edək ki, qalibin adı avqustun 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. Ötən mövsüm bu ada müvafiq olaraq xorvatiyalı Luka Modriç (“Real Madrid”, İspaniya) və danimarkalı Pernille Harder (“Volfsburq”, Almaniya) layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.