İDMAN


UEFA öz yarışlarında ətraf mühitin çirklənməsini minimuma endirməyə çalışır

Lissabon, 6 iyun, AZƏRTAC

UEFA Avropada yeganə idman assosiasiyadır ki, öz yarışlarında ətraf mühitin çirklənməsini minimuma endirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, UEFA COVID-19 pandemiyası səbəbindən 2021-ci ilə keçirilmiş “Avro-2020” oyunları zamanı futbol komandalarının təyyarələrlə daşınması nəticəsində yarana biləcək çirklənməni kompensasiya etmək barədə Ümumdünya ətraf Mühit Günü çərçivəsində üzərinə götürdüyü öhdəliyi təsdiqləyib.

Müvafiq təşkilatların apardığı araşdırmaların nəticələrinə görə, 12 fərqli ölkənin 12 şəhərində keçiriləcək qitə yarışlarına komanda üzvlərinin və onlara dəstək olanların gəlməsi ətraf mühitə 425 min ton karbon tullantısının yayılmasına səbəb olacaq. UEFA-nın öhdəliyi turnirə ev sahibliyi edəcək 12 ölkədə 600 min ağac əkmək və karbon tullantılarını Ruandanın kənd yerlərində daha effektiv sobalara çevirən Avstraliyanın “South Pole” şirkətindən karbon tullantısı kreditləri almaqdan ibarətdir. Layihə Afrika əhalisinin əsas enerji mənbəyi olan odun və ya kömürdən istifadənin əhəmiyyətli dərəcədə azaldılmasına yönəlib. Bu da təbii ki, Ruandada metan və karbon qazı tullantılarının həcmini azaldacaq.

Qeyd edək ki, UEFA-nın bu təşəbbüsü Avropanın müxtəlif idman cəmiyyətləri arasında istisna təşkil edir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.