ELM VƏ TƏHSİL
UFAZ: Bakalavriat pilləsinə onlayn qeydiyyat iyulun 28-də başlanacaq
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2021-2022-ci tədris ili üçün bakalavriat pilləsinə onlayn qeydiyyat iyulun 28-də başlanacaq və avqustun 15-dək davam edəcək.
UFAZ-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbə qəbul üçün daxili imtahan avqustun 18-də keçiriləcək. İmtahanın nəticələri avqustun 20-də açıqlanacaq. Apellyasiya müraciətlərinə avqustun 21-də baxılacaq.
Abituriyentlər tələb olunan sənədləri avqustun 20-dən 23-dək universitetə təqdim etməlidirlər.
Ətraflı məlumat almaq üçün müraciət etmək olar: [email protected]
Tel: 012 599 00 74