ELM VƏ TƏHSİL


UFAZ Frankofon Universitetlər Agentliyi ilə əməkdaşlığı genişləndirir

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan-Fransız Universitetinin (UFAZ) rəhbərliyi ilə Frankofon Universitetlər Agentliyinin (AUF) Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru Mohammed Ketata və təşkilatın Bolqarıstan üzrə regional rəhbəri Peter Topareffin onlayn görüşü olub.

Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib. Bildirilib ki, görüşdə UFAZ ilə AUF arasında əməkdaşlığın hazırkı vəziyyəti, agentliyin dəstəyi ilə UFAZ-da Frankofon Məşğulluq Mərkəzinin yaradılması ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, yaradılacaq mərkəzin gələcək fəaliyyət sahələri UFAZ-ın müəllim və tələbələri üçün yeni imkanlar açacaq.

UFAZ-ın icraçı direktoru Vazeh Əskərov Frankofoniya Məşğulluq Mərkəzinin yaradılması ilə bağlı işlərin 90 faizinin icra edildiyi barədə məlumat verib. Həmin mərkəz UFAZ tələbələrinin əmək bazarına hazırlanmasında xüsusi rol oynayacaq və tələbələrin məlumatlandırılması istiqamətində fəaliyyət göstərəcək.

AUF 119 ölkədən 1007 universiteti birləşdirən təşkilatdır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti 2019-cu ildən təşkilatın tamhüquqlu üzvüdür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.