ELM VƏ TƏHSİL


UFAZ-a bakalavriat pilləsi üzrə qəbul imtahanında 424 nəfər iştirak edib

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2022-2023-cü tədris ili üçün bakalavriat pilləsi üzrə qəbul imtahanı keçirilib.

UFAZ-a qəbul imtahanı vermək üçün Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanında I ixtisas qrupu üzrə 500 və daha artıq bal toplayan ümumilikdə 505 abituriyent (107 nəfər rus bölməsi üzrə və 398 nəfər Azərbaycan bölməsi üzrə) 160 qəbul yeri üçün qeydiyyatdan keçib. Onlardan 424 nəfər imtahanda iştirak edib.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

İmtahanda abituriyentlər 2 saat 30 dəqiqə ərzində riyaziyyat, kimya, fizika, ingilis dili və ümumi dünyagörüşü üzrə sualları cavablandırıblar. Yekunda ən çox bal toplamış 160 namizəd UFAZ tələbəsi statusunu qazanacaq. UFAZ-da təhsil ingilis dilində olduğundan, abituriyentlər üçün daha bir tələb ingilis dili üzrə mümkün 20 baldan minimum 8 bal toplamaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.