UFAZ abituriyentlər üçün məlumat sessiyası təşkil edib
AzerTAg.az
Bakı, 20 may, AZƏRTAC
Bakı Fransız Liseyi və 132-134 nömrəli təhsil kompleksinin şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar.
UFAZ-dan AZƏRTAC-a bildirilib ki, qonaqlar əvvəlcə universitetin əsas korpusu ilə tanış olub və məlumat sessiyasında iştirak ediblər. Burada onlara UFAZ-a qəbul qaydaları və şərtləri, qeydiyyat prosedurları və universitetdəki tədris imkanları barədə məlumat verilib.
Sonra şagirdlər UFAZ-ın elmi laboratoriyalarına baş çəkiblər. Onlar kimya, fizika, geofizika, kompüter elmləri üzrə fərqli laboratoriyalarda tədris şəraiti ilə əyani tanış olaraq, yerli və Fransadan olan müəllimlərin hazırladıqları müxtəlif təcrübələrdə iştirak ediblər.

Xəbərin mətnində orfoqrafik səhv var