ELM VƏ TƏHSİL


UFAZ-da “Məzun günü”

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Məzun günü” keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

Tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı bu il UFAZ-ın 39 magistr və 139 bakalavr məzunu olduğunu bildirib.

Rektor məzunları təbrik edərək, onlara uğurlar arzulayıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov UFAZ tələbələrinin məzun olduğu ixtisasların ölkə üçün vacibliyini qeyd edib və məzunları respublikamızın müasir quruculuğunda və azad olunmuş ərazilərin yenidən qurulmasında fəal iştirak etməyə səsləyib.

Fransanın Bakıdakı səfiri Zakari Qros iki ölkə arasında təhsil əlaqələrinin əhəmiyyətindən bəhs edib.

UFAZ-ın icraçı direktoru Vazeh Əskərov və Baş katibi Elizaveta Bıdanova tələbələrin nailiyyətləri barədə məlumat veriblər.

Azərbaycan-Fransız Universitetinin məzunları Ləman Cəlilova və İlkin Səfərli tələbəlik illəri ilə bağlı təəssüratlarını bölüşüblər.

Sonra məzunlara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.