ELM VƏ TƏHSİL


UFAZ-da “Qazma zamanı ölçmə” mövzusunda seminar keçirilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Schlumberger” şirkətinin maili qazma üzrə mühəndisi Fərhad Qədimov tərəfindən “Qazma zamanı ölçmə” mövzusunda seminar keçirilib.

Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib. Seminarda F.Qədimov tələbələrə müasir neft sənayesində qazma zamanı ölçmə texnikası barədə ətraflı məlumat verib və sualları cavablandırıb.

Fərhad Qədimov “Schlumberger” şirkətinin Səudiyyə Ərəbistanındakı layihələrindən birində çalışır.

Seminar UFAZ və ADNSU tələbələrinin Geofizika Cəmiyyətinin təşəbbüsü ilə reallaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.