ELM VƏ TƏHSİL


UFAZ-da Startap mərkəzinin yaradılması məsələsi müzakirə edilib

Bakı, 8 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) nümayəndələri - Vüsal Rüstəmov, Səmral Əliyev və Fatimə İslamova Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar. “ASAN xidmət”in nümayəndələri ilə UFAZ-da Startap mərkəzinin yaradılması barədə əməkdaşlıq imkanları müzakirə olunub.

Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib.

Müzakirə zamanı universitetin icraçı direktoru Vazeh Əskərov, baş katibi Elizaveta Bydanova və elmi eksperti Yannick Hoarau qonaqlara təhsil müəssisəsində tədris prosesi, aparılan tədqiqat və elmi əməkdaşlıqla bağlı məlumat veriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.