ELM VƏ TƏHSİL


UFAZ-da bakalavr proqramlarına qəbul ilə bağlı “Açıq mikrofon” günü

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2022-2023-cü tədris ili üzrə bakalavr proqramlarına qəbul ilə bağlı valideynlər və abituriyentlər üçün “Açıq mikrofon” günü keçirilib.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

Tədbirdə iştirak edən ADNSU-nun rektoru professor Mustafa Babanlı Azərbaycan-Fransız Universitetinə qəbul və qeydiyyat prosesi, UFAZ imtahanı, universitetin maddi-texniki bazası, həmçinin təhsil müəssisəsində tədris proqramları barədə məlumat verib, abituriyentlərin və onların valideynlərinin suallarını cavablandırıb.

Qeyd edək ki, UFAZ-da 2022-2023-cü tədris ili üzrə bakalavr proqramlarına qəbul imtahanı üçün qeydiyyat avqustun 1-dək davam edəcək. UFAZ-a qəbul imtahanı avqustun 4-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.