ELM VƏ TƏHSİL


UFAZ-da magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2022-2023-cü tədris ili üçün keçirilən magistratura pilləsi üzrə qəbul imtahanının nəticələri açıqlanıb.

Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib. Bu il keçirilən imtahanda 21 nəfər böyük verilənlər və süni intellekt ixtisasına, 21 nəfər fiziki kimya və kimya mühəndisliyi ixtisasına, 19 nəfər isə yer elmləri ixtisasına qəbul olub. Qəbul olunan tələbələr arasında bir nəfər əcnəbi tələbə də var.

UFAZ-ın magistratura pilləsinə imtahan verən, lakin uğur əldə edə bilməyən gənclər DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.

Magistratura pilləsində təhsil ödənişsizdir. Magistratura pilləsini başa vurarkən tələbələr iki dövlət diplomu - ADNSU və Fransanın ən nüfuzlu universitetlərindən biri olan Strasburq Universitetinin diplomunu alacaqlar.

Magistratura üzrə təhsil Fransa təhsil sisteminə uyğunlaşdırılmış formada Fransa və Azərbaycanın yüksəkixtisaslı müəllimlərindən ibarət beynəlxalq tədris heyəti tərəfindən aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.