ELM VƏ TƏHSİL


UFAZ-da seminar: Beynəlxalq karyera imkanları

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Beynəlxalq karyera imkanları” mövzusunda seminar keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, “Amazon” şirkətinin proqram təminatı üzrə mühəndisi Adil Əliyev karyera mərhələləri, lazım olan biliklər, müsahibəyə hazırlıq və seçim meyarları haqqında təqdimatla çıxış edib.

UFAZ və İsrail-Azərbaycan Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən seminarda Adil Əliyev proqram mühəndisləri üçün beynəlxalq karyera imkanları haqqında danışaraq qlobal əmək bazarında iş tapmaq və müsahibələrə hazırlaşmaq məsələləri barədə məlumat verib.

ADNSU rektorunun informasiya texnologıyaları və innovasiyalar üzrə müşaviri Rasim Abdullayev, “Amazon” şirkətinin proqram təminatı üzrə mühəndisi Adil Əliyev və tələbələr gələcək planlar üzrə yol xəritəsini müzakirə ediblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.