ELM VƏ TƏHSİL


UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycan-Fransız Universitetinin (UFAZ) I kurs tələbələri arasında ilk dəfə “Kangourou” beynəlxalq riyaziyyat müsabiqəsi keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak edən 35 tələbəyə 50 dəqiqə ərzində məntiq və riyaziyyat üzrə test tapşırıqları verilib. Reytinq nəticələrinə əsasən, UFAZ-ın 10 tələbəsi Fransa üzrə 500-dən çox iştirakçı arasında ilk 100-lükdə yer alıb. Kimya mühəndisliyi ixtisası üzrə I kurs tələbəsi Ləman Cəlilova 4-cü yeri tutaraq qızlar arasında ən yaxşı nəticəni göstərib. Ləman Cəlilova, həmçinin UFAZ-ın neft-qaz mühəndisliyi ixtisası üzrə I kurs tələbəsi Rövşən Ələsgərov iyulun 11-18-də Fransada təşkil olunacaq “Kangourou” beynəlxalq yay riyaziyyat düşərgəsində iştirak edəcəklər.

“Sərhədsiz Kenquru” (Kangourou Sans Frontières) Assosiasiyası hər il beynəlxalq riyaziyyat müsabiqəsini dünyanın dörd bir tərəfində 6 milyondan çox iştirakçı üçün təşkil edir. Müsabiqə ilk dəfə 1991-ci ildə iki müəllim Andre Deledik və Jan Pyer Boudin tərəfindən Fransada keçirilib. O zaman müsabiqəyə 120 min iştirakçı qatılıb.

Müsabiqə Avropanın 21 ölkəsində “Kangaroo without borders” devizi ilə təşkil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.