ELM VƏ TƏHSİL
UFAZ-ın məzunu magistratura təhsilini Fransa universitetində alacaq
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Kamal Əhmədov 2022-2023-cü tədris ili üçün
Fransanın Strasburq Universitetinin magistratura pilləsinə qəbul olunub.
Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib.
K.Əhmədov UFAZ-da neft və qaz mühəndisliyi ixtisası üzrə təhsilin bakalavriat pilləsini bitirib.