ELM VƏ TƏHSİL
UFAZ və Sumqayıt Texnologiyalar Parkı arasında əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) idarə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub.
UFAZ-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov, baş katib Elizaveta Bydanova, Tədqiqat şöbəsinin müdiri Filip Türek, Sumqayıt Texnologiyalar Parkının insan resursları üzrə meneceri Namiq Nağıyev, insan resursları üzrə aparıcı mütəxəssis Tural Şahbazov, kommunikasiya üzrə mütəxəssis Pərvin İsmayılovun iştirak etdikləri görüşdə iki müəssisə arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Tərəflər UFAZ-ın Fiziki kimya və Kimya mühəndisliyi magistratura proqramında təhsil alan tələbələrin iş və təcrübə imkanlarının yaxşılaşdırılması istiqamətində əməkdaşlıq etməyi planlaşdırır.
UFAZ-ın əməkdaşları üçün STP ilə bağlı təqdimat keçirilib və polimer məmulatlar zavoduna ekskursiya təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]