İDMAN


UFC qadınların yüngül çəki dərəcəsində döyüşlərini dayandırmağı planlaşdırır

Bakı, 20 iyun, AZƏRTAC

Mütləq Döyüş Çempionatı (UFC) braziliyalı Amanda Nunesin karyerası başa çatacağı təqdirdə qadınların yüngül çəki dərəcəsində döyüşlərini dayandırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “MMA Fighting” portalında məlumat verilib.

Braziliyalı qadın döyüşçü iki çəkidə - yarım yüngül və yüngül çəkilərdə çempiondur. O, ilk kəmərinə 2016-cı ildən, ikincisinə 2018-ci ildən sahibdir. Daha əvvəl isə idmançı ailə vəziyyətinə görə, çıxışına fasilə verib.

A.Nunes son döyüşünü iyunun 7-də kanadalı idmançıya qarşı keçirib. Belə ki, braziliyalı döyüşçü Felicia Spenceri məğlub edərək yarım yüngül çəkidə UFC çempionu titulunu müdafiə edib. “UFC 250” turnirinin əsas yarışı olan bu döyüş Las-Veqasda koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilib.

A.Nunesin aktivində 20 qələbə, 4 məğlubiyyət var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.