İQTİSADİYYAT


ÜGT-nin Bakıdakı Avropa Regional Ofisinin imkanları genişləndiriləcək

ÜGT-nin Bakıdakı Avropa Regional Ofisinin imkanları genişləndiriləcək

Bakı, 7 dekabr, AZƏRTAC

Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Siyasi Komissiyasının 87-ci sessiyası çərçivəsində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov ÜGT-nin Avropa Regionu üzrə sədr müavini, Yunanıstan Gömrük və Aksiz Baş Direktorluğunun Baş direktoru Konstantinos Mourtidis ilə görüşüb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin imkanlarının genişləndirilməsi, ofisin fəaliyyətinə dair ÜGT-nin Avropa Regionu üzrə üzv dövlətləri tərəfindən töhfələrin verilməsi barədə müzakirələr aparılıb, eləcə də daimi əsaslarla fəaliyyət göstərəcək heyət barədə konkret təkliflər irəli sürülüb.

Bundan əlavə, görüşdə ümumi razılıq əsasında görüləcək növbəti işlər müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.