UKRAYNADA 20 DOLLARA QƏDƏR QİYMƏTİ OLAN HƏDİYYƏLƏR RÜŞVƏT SAYILMAYACAQ
AzerTAg.az
AZƏRTAC Ukrinforma istinadla xəbər verir ki, Ukrayna Ali Radasına təqdim olunmuş “Korrupsiyanın qarşısının alınması və onunla mübarizənin əsasları haqqında” qanun layihəsinə görə, qiyməti 98 qrivnadan (20 dollar) az olan konfet, konyak və digər hədiyyələr rüşvət sayılmayacaqdır.
Qanun layihəsində deyilir ki, məmur valyuta hesabı açması barədə bir ay ərzində vergi orqanlarına məlumat verməlidir. Rüşvətxorluqda təqsirləndirilənlərə isə 5 il ərzində dövlət vəzifələrində işləmək qadağan olunacaqdır.
Ukrayna Ali Radası mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə məsələləri Komitəsi sədrinin müavini Sergey Mişşenko bildirmişdir ki, bu, bütün səviyyələrdə korrupsiyanın qarşısını almaq üçün edilir. Korrupsiya isə çox geniş yayılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var