SİYASƏT
UKRAYNADA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN YUBİLEY TƏDBİRLƏRİ KEÇİRİLİR
Bu günlərdə Ukraynada Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin 80 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti tədbirlərdə iştirak etmək üçün mayın 11-dən 14-dək Kiyevdə səfərdə olacaqdır.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Vaqif Abdullayev, Əli Abbasov və Vladimir Timoşenko daxildirlər.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı nümayəndə heyətinin üzvləri ölkə rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr qrupunun rəhbəri Vaqif Abdullayevin cənab İlham Əliyev haqqında yazdığı və Ukrayna dilində çap olunmuş “O, böyük siyasətə hazırdır” adlı kitabın təqdimat mərasimində iştirak edəcəklər.