UKRAYNADA NEFT MƏHSULLARININ KEYFİYYƏTİNİYOXLAYAN SƏYYAR LABORATORİYA YARADILMIŞDIR
AzerTAg.az
AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, Ukraynanın İvano-Frankovsk şəhərində neft məhsullarının kəmiyyət və keyfiyyətinə ekspres nəzarət üçün nadir səyyar laboratoriyanın təqdimatı keçirilmişdir. Onun köməyi ilə iki saat ərzində yanacağın tam analizini aparmaq və bir neçə dəqiqəyə oktanlığını müəyyənləşdirmək mümkündür.
Səyyar laboratoriyada yanacağın fraksian tərkibini, benzin və dizel yanacağının tipini, yaxud markasını müəyyənləşdirmək, habelə benzinin və maye qazın yanacaqpaylama kolonkasını, neft məhsullarının alışma temperaturunu və sıxlığını yoxlamaq, yanacaq dolu üfiqi çənlərin həcmlərini ölçmək də olar.
Laboratoriyanı standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə regional elm-istehsalat mərkəzi, Milli Neft və Qaz Texniki universiteti yaratmışlar.
Laboratoriyanın təqribi qiyməti 300 min qrivna (60 min dollardan az), xarici analoqların dəyəri isə 300 min dollardır.
Xəbərin mətnində orfoqrafik səhv var