SİYASƏT
UKRAYNALI SOYDAŞLARIMIZ TÜRKİYƏNİN “STAR” TELEKANALININ VƏ AZƏRBAYCANIN DAĞIDICI MÜXALİFƏTİNİN ÇİRKİN ƏMƏLLƏRİNİ PİSLƏYİRLƏR
Ukraynadakı soydaşlarımız böhtan və iftiralarla dolu xəbərlər yaymaqla ucuz şöhrət qazanmaq istəyən qüvvələrin ölkəmizdə prezident seçkiləri ərəfəsindəki çirkin kampaniyasının və dünyaya örnək olan Azərbaycanın adət-ənənələri, milli-mənəvi dəyərləri ilə bir araya sığmadığını xüsusi vurğulayırlar. Həmvətənlərimiz əmindirlər ki, Azərbaycan xalqı belə əməllərin sahiblərinə layiqli cavabını tez bir zamanda verəcəkdir.
Bəyanatda daha sonra deyilir:
“Şanlı və şərəfli Prezidentimizin ünvanına söylənmiş hər bir iftira və böhtan Ukraynada yaşayan bütün azərbaycanlıların kəskin qəzəbinə səbəb olmuşdur. Prezidentimizin tibbi müayinəsini başa çatdırıb tezliklə doğma Vətənə qayıdacağı xəbəri hər birimizi hədsiz sevindirmişdir. Tükənməz enerjiyə malik olan Prezident Heydər Əliyevin müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi və xalqımızın rifahının yaxşılaşması yolunda fəaliyyətini davam etdirməsini səbirsizliklə gözləyirik!”.