DÜNYA
UKRAYNANIN BAŞ NAZİRİ BOK ORDENİ İLƏ TƏLTİF EDİLDİ
AZƏRTAC Ukrinforma istinadla xəbər verir ki, fevralın 2-də Kiyevdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Fəxri prezidenti Xuan Antonio Samaranç Ukraynanın Baş naziri Viktor Yanukoviçə BOK-un Olimpiya ordenini təqdim etmişdir.
Ukrayna hökumətinin başçısı bu mükafata olimpiya hərəkatının inkişafına sanballı töhfəsinə, olimpiya hərəkatının prinsiplərinə sadiqliyinə görə layiq görülmüşdür.
Ukrayna idmançılarının 2008-ci il Pekin Olimpiadasına hazırlığı məslələrinə dair müşavirədə iştirak edən Samaranç demişdir: “BOK bu mükafatla təsdiqləyir ki, ölkənin Milli Olimpiya Komitəsinə 2002-ci ilin dekabrından 2005-ci ilin iyununadək başçılıq edən Viktor Yanukoviç olimpiya hərəkatının inkişafına böyük töhfə vermişdir”.
Baş nazir əmin etmişdir ki, qarşıdakı Olimpiadayadək qalan il yarımda Ukrayna idmançıları yarışlara layiqincə hazırlaşacaqlar.