ELM VƏ TƏHSİL


UKRAYNA ALİMLƏRİ ENERJİYƏ QƏNAƏT EDƏN NADİR GENERATOR HAZIRLAMIŞLAR

AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, Ukrayna Milli Elmlər Akademiyasının Çernovtsı Termoelektirk İnstitutunun alimləri nadir istilik və elektrik enerjisi generatoru hazırlamışlar. Bu generatorlar iki dəfə az enerji işlətməklə, adi generatorlar qədər enerji istehsal edir.

İstilik və elektrik generatorları qazla işləyir. İnstitutun direktoru, fizika-riyaziyyat elmləri doktoru Lukyan Anatiçuk bildirmişdir ki, alimlər iki cür termogenerator hazırlamışlar: biri yanar qazla işləyir, digəri isə katalitik yanma mənbəyindən istifadə edir. Sonuncuda xüsusi materiallar yerləşdirilmişdir ki, bunun sayəsində qaz zərərli maddələr ayırmadan alovsuz yanır. Belə generatorun ən kiçiyi ilə (30-50 Vt) maşının akkumulyatorunu işə salmaq, qarajı işıq və istiliklə təchiz etmək mümkündür. Daha qüvvətli generatorların gücü 3-5 kVt-dır. Onların köməyi ilə 40 kvadratmetrlik otağı qızdırmaq və 100-150 Vt elekrtik enerjisi almaq mümkündür.

Mütəxəssislərin fikrincə, bu qurğular elektrik xətləri olmayan yerlərdə, xüsusilə, şəhərətrafı kotteclərdə, bağ evlərində, anbarlarda və istixanalarda çox münasibdir. Termogeneratoru mənzildə, otaqda quraşdırmaq da olar, özü də bu, mərkəzi istilik sistemindən xeyli ucuz başa gəlir.

Çernovtsı alimlərinin bu ixtirası Ukrayna, habelə Fransa və ABŞ-ın təsərrüfatçılarını maraqlandırmışdır. Bu generatorlar kütləvi istehsal edilərsə, onların qiyməti 300-500 ABŞ dolları arasında ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.