SİYASƏT
UKRAYNA AZƏRBAYCANLILARI KONQRESİ İLƏAZƏRBAYCANDAKI UKRAYNALILAR CƏMİYYƏTİ ARASINDADOSTLUQ ƏLAQƏLƏRİNƏ DAİR RAZILAŞMA SƏNƏDİ İMZALANMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, əvvəlcə universitetin tədris işləri üzrə prorektoru Asif Hacıyev bu təhsil ocağında Şərqi Avropa ölkələrinin tədqiqi ilə bağlı yeni açılmış kafedralar, yaradılmış Ukrayna Mədəniyyət Mərkəzi, Ukrayna dilində fəaliyyət göstərən “Bazar günü məktəbi” barədə ətraflı məlumat verdi. O bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev və Ukrayna Prezidenti Leonid Kuçmanın şəxsi səyləri nəticəsində Azərbaycanla Ukrayna arasında yaranmış dostluq əlaqələri bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Ölkəmizdə yaşayan ukraynalılar onlara göstərilən qayğıdan razıdırlar və bunu icmanın üzvləri də təsdiq edə bilərlər.
Ölkəmizdəki Ukrayna icmasının sədr müavini Vladimir Lyaşenko demişdir ki, Azərbaycanda 30 minə yaxın ukraynalı yaşayır. Bakının 8 rayonunda icmanın yerli təşkilatı yaradılmışdır. İcmanın idarə heyətinin üzvü Vladimir Timoşenko Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Sonra o, ukraynalılara göstərilən qayğı, “Bazar günü məktəbi”nin, universitetdəki ukraynaşünaslıq fakültəsinin fəaliyyətindən danışdı.
Tələbələrlə keçirilən görüşdə Kiyev Dövlət İdarəçilik Akademiyasındakı Heydər Əliyev İnstitutu, Kiyev Milli Universitetində açılmış Azərbaycan dili və ədəbiyyatı bölməsi, Xarkov Slavyan Universiteti barədə ətraflı məlumatlar verildi.
Sonda hər iki diaspor təşkilatının üzvləri arasında əməkdaşlığa dair ilkin razılaşma sənədi imzalandı.
Qeyd olundu ki, diasporların əlaqələri xalqlarımız və dövlətlərimiz arasında əməkdaşlığın inkişafına müsbət təsir edəcəkdir.