DÜNYA
UKRAYNA GƏMİSİNİN SAHİBLƏRİ TÜRKİYƏYƏ CƏRİMƏ ÖDƏYƏCƏKLƏR
AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərdə deyilir ki, içində təxminən 20 ton barıt olan və martın 4-də Dardanel boğazında saya oturan Ukraynanın “Delfin-1” gəmisinin sahibləri daşıdığı yükün xarakterini gizlətdiyinə görə Türkiyəyə 4,5 min dollar cərimə ödəməlidirlər. Bunu Türkiyənin nəqliyyat naziri Binəli İldırım bildirmişdir.
Onun sözlərinə görə, gəmi Qara dənizdən Bosfor boğazına daxil olarkən onun kapitanı Türkiyənin hakimiyyət orqanlarına məlumat vermişdi ki, “Delfin-1” boşdur və Beyruta gedir. Nazir demişdir ki, beynəlxalq sazişlərə əsasən, Türkiyənin hakimiyyət orqanları, ölkənin milli təhlükəsizliyinə təhdid törədən hallar istisna olmaqla, Bosfor və Dardanel boğazlarından keçən gəmiləri yoxlaya bilməzlər, cünki bu cür tədbirlər gəmilərin buradan tranzit keçidini iflic vəziyyətinə salır.
B.İldırım bildirmişdir ki, Ukrayna gəmisinin sahiblərinə kəsilən cərimənin məbləği ətraf mühit üçün baş verə biləcək ağır nəticələrlə müqayisədə cüzidir, odur ki, Türkiyə bu cür pozuntulara görə cərimələrin məbləğini artırmaq niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]