SİYASƏT
UKRAYNA KİV-LƏRİ AZƏRBAYCAN XALQININ KƏDƏRİNDƏN YAZIR
AZƏRTAC-ın xüsusi müxbiri Kiyevdən xəbər verir ki, ölkənin kütləvi informasiya vasitələri Ukrayna xalqının səmimi dostu Prezident Heydər Əliyevin vəfatı ilə bağlı xəbərlər yaymaqda davam edir.
Nüfuzlu və populyar “Faktı i kommentarü” qəzeti 16 dekabr tarixli nömrəsində “İtki” rubrikası altında “Leonid Kuçma: “Azərbaycan tarixində Heydər Əliyevin rolu və yeri hələ bundan sonra qiymətləndiriləcək. Mən zənn edirəm ki, bu, gələcəkdə olacaqdır”, “Azərbaycanın sabiq Prezidentini milyona yaxın adam son mənzilə yola saldı” sərlövhəli yazılar və fotoşəkillər dərc etmişdir.
“Əliyevlə vidalaşma” – Kiyevdə çıxan digər populyar “Seqodnya” qəzeti isə fotoşəkilli məqaləyə belə sərlövhə vermişdir. Ukraynanın dövlət və özəl telekanalları (UT-1, “Novıy kanal”, “1+1”, İCTV, İnter, STB, “Ukrayna”) Heydər Əliyevin həyat və fəaliyyəti, onun son mənzilə yola salınması barədə süjetlər və xəbər blokları göstərməkdə davam edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:05]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]