DÜNYA
UKRAYNA KONTİNGENTİNİN İRAQDAN ÇIXARILMASI MƏSƏLƏSİ İNDİKİ MƏRHƏLƏDƏ AKTUAL DEYİLDİR
AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, Ukraynanın xarici işlər naziri Markiyan Lubkivski İspaniyanın öz hərbi kontingentini İraqdan çıxarmaq qərarı ilə əlaqədar onun ölkəsinin mümkün hərəkətləri barədə suala cavab verərək bəyan etmişdir: Ukrayna kontingentinin İraq ərazisindən çıxarılması məsələsi indiki mərhələdə aktual deyildir.
Nazir xatırlatmışdır ki, Ukrayna İraqda vəziyyətin real surətdə qiymətləndirilməsi və ona müvafiq olaraq gələcək birgə fəaliyyət tədbirləri hazırlanması üçün koalisiyanın iştirakçıları arasında fəal məsləhətləşmələr aparılmasına və qarşılıqlı fəaliyyət göstərilməsinə tərəfdardır. O vurğulamışdır ki, Ukraynada bütün risk və təhlükələri dərk edərək, İraqda vəziyyətin gedişini diqqətlə izləyirlər.
Xatırladaq ki, 1600 müqaviləçi hərbi qulluqçudan ibarət Ukrayna kontingenti 2003-cü ilin avqustundan İraqda sülhyaratma əməliyyatlarında iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]