UKRAYNA PREZİDENTİ LEONİD KUÇMA AZƏRBAYCAN BAŞ NAZİRİNİN BİRİNCİ MÜAVİNİ ABBAS ABBASOVU QƏBUL ETMİŞDİR
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ukrayna Prezidenti Leonid Kuçma iyunun 2-də Azərbaycan Baş nazirinin birinci müavini Abbas Abbasovu qəbul etmişdir.
Bundan bir gün əvvəl Ukrayna Nazirlər Kabinetində Azərbaycan Baş nazirinin birinci müavini A.Abbasovun və Ukrayna Baş nazirinin müavini A.Klyuyevin sədrliyi ilə iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının 6-cı iclası keçirilmişdir. İclasın yekunlarına əsasən protokol imzalanmışdır.
Tərəflər 2000-2009-cu illərdə Azərbaycan ilə Ukrayna arasında uzunmüddətli iqtisadi əməkdaşlıq proqramının yerinə yetirilməsinin gedişini də müzakirə etmişlər.
Komissiyanın iclası Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya dövlət səfəri ərəfəsində keçirilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var