SİYASƏT
UKRAYNA PREZİDENTİ MDB ÇƏRÇİVƏSİNDƏ AZAD TİCARƏT ZONASI YARATMAQ BARƏDƏ DANIŞIQLAR APARACAQDIR
Ukrayna Prezidenti Leonid Kuçmanın Tacikistan, Qırğızıstan və Özbəkistana aprelin 8-də başlanmış rəsmi səfərinin gedişi zamanı bu dövlətlərin başçıları ilə MDB çərçivəsində azad ticarət zonasının yaradılması barədə danışıqlar aparılacaqdır.
İTAR-TASS agentliyindən AZƏRTAC-a daxil olmuş xəbərdə deyilir ki, bu, Leonid Kuçmanın Birlik üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının sədri kimi həmin ölkələrə ilk səfəridir. Mart ayında Kuçma bildirmişdi ki, Şuranın sədri vəzifəsində Birlik çərçivəsində azad ticarət zonası yaradılmasını əsas işi sayır. Fevralın 23-də Moskvada Ukrayna, Rusiya və Qazaxıstan prezidentləri 2003-cü ilin sentyabrına qədər öz ölkələri arasında vahid iqtisadi məkan yaradılması haqqında razılığa gəlmişdilər.
Aşqabadda olarkən isə Kuçmanın 2015-ci ilədək olan dövr üçün Türkmənistan qazının Ukraynaya satılması problemlərini müzakirə edəcəyi gözlənilir.