Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

UKRAYNA PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LEONİD KUÇMAYA

Hörmətli Leonid Daniloviç, 

Azərbaycan ilə Ukrayna arasında diplomatik əlaqələr yaradılmasının 10 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Şadam ki, bu gün Azərbaycan və Ukrayna bütün çətinlikləri və maneələri dəf edərək dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik dəyişikliklər, dünya birliyi ilə inteqrasiya yolunda inamla irəliləyirlər.

Əminəm ki, dövlətlərimizin strateji tərəfdaşlığı, regional və beynəlxalq təşkilatlarda sıx əməkdaşlığı və qarşılıqlı dəstəyi, fövqəlmilli layihələrin həyata keçirilməsi sahəsində birgə səylərimiz xalqlarımızın rifahına, regionda sülh, sabitlik və tərəqqi işinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar, qardaş Ukrayna xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin