Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

UKRAYNA PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LEONİD KUÇMAYA

Hörmətli Leonid Daniloviç,

Milli bayramınız – Müstəqillik günü münasibətilə Sizi və Ukrayna xalqını ürəkdən təbrik edirəm.

Şadam ki, indi suveren Ukrayna demokratik dəyişikliklərin, həyata keçirilməsində, dünya birliyinə inteqrasiyada böyük uğurlar qazanmışdır.

Ukrayna ilə tarixi dostluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq ənənələri Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Əminəm ki, dövlətlərimizin strateji tərəfdaşlığı, regional və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək bundan sonra da xalqlarımızın rifahına, regionda sabitlik və təhlükəsizliyə xidmət edəcəkdir.

Hörmətli Leonid Daniloviç, Sizə möhkəm cansağlığı, səadət, uğurlar, Ukrayna xalqına isə sülh, həmrəylik və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 avqust 2002-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin