UKRAYNA SƏFİRLİYİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
AzerTAg.az
Ukraynanın milli bayramı - Müstəqillik günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kızıma mətbuat nümayəndələrinə bildirmişdir ki, 24 avqust - Ukraynanın müstəqillik əldə etməsinin 13-cü ildönümü günüdür. Ölkəsinin iqtisadi və sosial uğurlarından danışan diplomat qeyd etmişdir ki, 2004-cü ilin birinci yarısında ümumi daxili məhsulun artımı rekord səviyyəyə qalxaraq 12,7 faiz təşkil etmişdir.
Ukrayna-Azərbaycan iqtisadi əlaqələrinin vəziyyəti və inkişaf perspektivlərindən söz açan diplomat demişdir ki, ikitərəfli qarşılıqlı münasibətlər sayəsində ölkələrimiz arasında mal dövriyyəsi cari ilin birinci yarısında 75,8 milyon ABŞ dolları təşkil etmişdir.
Axırda müvəqqəti işlər vəkili İ.Kızıma jurnalistləri maraqlandıran suallara cavab vermişdir.
Xəbərin mətnində orfoqrafik səhv var