DÜNYA
UKRAYNA SÜLHMƏRAMLILARI İRAQDA AKADEMİYA AÇMIŞLAR
AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, İraqın Əl Küt şəhərinin hava limanında yerləşən Ukrayna sülhməramlılarının “Delta” baza düşərgəsi nəzdində iraqlılar üçün yaradılmış Sərhəd Polisi Akademiyasında təlim kursları açılmışdır.
Hərbi qulluqçudan ibarət 30 nəfərlik ilk dəstə beş gün ərzində öz peşə vərdişlərini təkmilləşdirəcəkdir. Proqrama taktiki, atəş və xüsusi hazırlıq üzrə məşğələlər daxildir.
İraq polisləri Ukrayna təlimatçılarının rəhbərliyi ilə sərhəd xidmətinin xüsusiyyətlərini, habelə minaların aşkar edilməsi, rabitə yaradılması, ilk tibbi yardım göstərilməsi sahəsində fəaliyyət qaydalarını öyrənəcəklər. Məşğələlər zamanı sərhəd keşikçiləri bölmələrinin yaradılmasına xüsusi diqqət yetiriləcəkdir.
İyulun 1-dək 90 sərhədçi hazırlamaq nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [21:30]
Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]