İDMAN


UKRAYNA VƏ AZƏRBAYCAN FUTBOL VETERANLARININ GÖRÜŞLƏRİ KEÇİRİLƏCƏK

Ukrayna İdman Jurnalistləri Assosiasiyasının prezidenti Mixail Volobuyev Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən mətbuat konfransında bildirmişdir ki, aprelin axırlarında, yaxud mayın əvvəllərində Kiyevin “Dinamo” və Bakının “Neftçi” komandalarının veteranları arasında görüşlər keçiriləcəkdir. 

Ukrayna İdman Jurnalistləri Assosiasiyasının bu təşəbbüsünü ölkələrimizin səfirlikləri də dəstəkləmişlər. Bu klubların veteranları, habelə Azərbaycan və Ukrayna yığma komandaları arasında iki görüş keçirmək nəzərdə tutulur. Oyunlardan biri Respublika stadionunda, digəri isə Azərbaycan rayonlarından birində olacaqdır. Ukrayna futbolunun Yevgeni Rudakov, Viktor Çanov, Mixail Mixaylov, Anatoli Demyanenko, Leonid Buryak, İqor Belanov, Vasili Yevseyev, Vladimir Troşkin, Mixail Olifirenko, Oleq Kuznetsov, Pavel Yakovenko kimi məşhur oyunçuları öz çıxışları ilə azarkeşləri sevindirəcəklər. Komandamızın heyətində isə Kazbek Tuayev, Maşallah Əhmədov, İsgəndər Cavadov, Vaqif Sadıqov və ötən əsrin 70-90-cı illərinin digər tanınmış futbolçuları çıxış edəcəklər.

Bu görüşlərdən başlıca məqsəd Azərbaycan-Ukrayna əlaqələrini daha da inkişaf etdirmək və möhkəmləndirməkdir. Təşkilatçılar bu fikirdədirlər ki, dost ölkədən Azərbaycana gələcək nümayəndə heyətində məşhur futbolçularla yanaşı, idman jurnalistləri, incəsənət xadimləri və siyasətçilər də olacaqdır. Bu, ilk belə tədbirdir və gələcəkdə idmanın digər növlərinin veteranları arasında da görüşlər keçirilə bilər.

M.Volobuyev bu təşəbbüsü dəstəklədiyinə görə respublikamızın Gənclər, İdman və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.