DÜNYA
UKRAYNA VƏ TÜRKİYƏ ALİMLƏRİ ƏMƏKDAŞLIQ HAQQINDA PROTOKOL İMZALAMIŞLAR
AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, Kiyevdə Ukrayna Milli Texniki Universitetinin Kiyev Politexnik İnstitutu (KPİ), Ankaradakı Orta Şərq Texniki Universiteti (OŞTU), Ukrayna Milli Kosmik Agentliyi (UMKA) və “Yujnoye” Baş Konstruktor Bürosu (BKB) arasında dördtərəfli protokol imzalanmışdır. Sənəd 2005-ci ildə Türkiyə Respublikası üçün mikropeykin yaradılmasına dair işlərin davam etdirilməsini nəzərdə tutur.
Son illər KPİ Türkiyədəki tərəfdaşları ilə sıx əməkdaşlıq edir. Bir sıra memorandumlar imzalanmış, Türkiyə üçün mütəxəssislərin hazırlanması işi genişlənmişdir.
2004-cü ilin martında UMKA-nın və “Yujnoye” BKB-nin iştirakı ilə KPİ və OŞTU arasında mikropeykin və pilotsuz təyyarənin yaradılmasına dair layihələrin birgə yerinə yetirilməsi haqqında protokollar imzalanmışdı.