DÜNYA
UKRAYNA XİN: FUTBOL AZARKEŞİNİ QƏTLƏ YETİRƏN ŞƏXS MƏHKƏMƏ QARŞISINDA CAVAB VERƏCƏK
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Ukrayna XİN-in mətbuat xidmətinin rəhbəri jurnalistlərə bildirmişdir ki, Portuqaliyada britaniyalı futbol azarkeşini qətlə yetirməkdə ittiham olunan Ukrayna vətəndaşı məhkəmə qarşısında cavab verəcəkdir.
Portuqaliya polisi bir neçə gün bundan əvvəl 32 yaşlı Ukrayna vətəndaşı Vadim Abramovu Böyük Britaniya vətəndaşını qətlə yetirməkdə təqsirli bilərək həbs etmişdir. Abramov Portuqaliyada işgüzar səfərdə idi, vizasının müddəti isə ötən ilin oktyabrında başa çatmışdı.
Qətl faktı üzrə cinayət işi qaldırılmışdır. Başlanmış təhqiqatla əlaqədar Lissabonun cinayət məsələləri məhkəməsində bu günlərdə ilk dinləmə keçirilməlidir. Bu cinayət işi Ukrayna XİN-in nəzarətindədir. KİV-lərin məlumatına görə, Abramov Böyük Britaniya vətəndaşının pul kisəsini oğurlamağa cəhd etmiş, lakin britaniyalı müqavimət göstərdikdə onu bıçaqlamışdır.