ELM VƏ TƏHSİL
ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Ümummilli liderimiz Heydər Əliyevin və ulu öndər Mustafa Kamal Atatürkün əziz xatirələri yad olunmuş, Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səslənmişdir.
Universitetin rektoru, professor Əhməd Saniç çıxış edərək, ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərini vurğulamışdır.
O, Azərbaycan ilə Türkiyənin tarixi birliyindən və əlaqələrindən danışaraq, bu əlaqələrin inkişafında qüdrətli siyasi xadim Heydər Əliyevin əvəzsiz rolunu diqqətə çatdırmışdır.
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərov dahi rəhbərimizin zəngin siyasi irsindən, dövlətçilik təcrübəsindən bəhs etmiş, ümummilli liderimizin nurlu ideyalarının əbədi yaşayacağını bildirmişdir.
Sonra ulu öndərimizin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.